"ADY Mobile"ın yüklənmə sayı 600 mini keçdi - VİDEO
"Azərbaycan Dəmir Yolları" QSC-nin rəqəmsal məhsulu olan “ADY Mobile”ın yüklənmə sayı 600 mini keçib.
Redaktor.az xəbər verir ki, bununla bağlı QSC-nin sosial media hesablarında video paylaşılıb.
Bildirilib ki, mobil tətbiq səfərləri planlaşdırmaq, qatar biletlərini əldə etmək və dəmir yolu ilə bağlı ən son məlumatları izləmək cəmi bir toxunuş qədər yaxındır.













