Bu rayonun 6 kəndində qaz OLMAYACAQ

 09:43 30.09.2026     130

Sentyabrın 30-da saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Girdəni, Havzava, Veravul, Vilvan, Osaküçə və Sınovli kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, fasilə qaz sızmasının aradan qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədardır.

Vumart və Güvən reklamı Vumart Güvən