Yasamalda içməli su xəttində qəza oldu

 11:42 30.09.2026     71

Bakı şəhərinin Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.

Bu barədə Redaktor.az-a İri Şəhərlərin Su Təchizatından məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb və hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.

2
Vumart və Güvən reklamı Vumart Güvən