Deputatlarımız Gürcüstana gedir

 15:16 30.09.2026     99

Milli Məclisin sədr müavini Rafael Hüseynov və parlamentin komitə sədri Fazil Mustafa “Avropanın Sivilizasiya Fondu və Gürcüstanda xristianlığın 1700 ili” adlı konfransda iştirak etmək üçün oktyabrın 1-də Gürcüstanın Tbilisi şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, tədbirdə parlamentarizm prinsipləri ilə mənəvi və dini dəyərlər arasında əlaqələr və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Vitse-spiker Rafael Hüseynov konfransda çıxış edəcək, müzakirə olunan məsələlərə münasibətini bildirəcəkdir.

Səfər oktyabrın 3-də başa çatacaq.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən