Prokurorluq işçilərinin peşə bayramıdır

 09:13 01.10.2026     65

Oktyabrın 1-i Azərbaycanda prokurorluq orqanlarının yaranmasının 108-ci ildönümü və prokurorluq işçilərinin peşə bayramı günüdür.

Redaktor.az xəbər verir ki, Azərbaycanda prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il oktyabrın 1-də prokurorluq orqanları yaradılıb.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Vumart və Güvən reklamı Vumart Güvən