Milyonluq mülkləri ilə gündəmə gələn deputatın mandatı ləğv edildi - FOTO

 17:55 01.10.2026     131

Bu gün Çingiz Həsənlinin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

Redaktor.az xəbər verir ki, iclasda əvvəlcə Komissiyanın 11 dekabr 2025-ci il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.

Ali Məclisin deputatı Abdullayev Qəzənfər İsmayıl oğlunun müraciəti qanunvericiliyə uyğun qaydada Mərkəzi Seçki Komissiyasında araşdırılıb və onun mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.

Mərkəzi Seçki Komissiyası Abdullayev Qəzənfər İsmayıl oğlunun ərizəsini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, son günlər mətbuatda Q.Abdullayevin fəaliyyəti və milyonluq mülkləri ilə bağlı yazılar dərc olunub.

Milyonluq mülkləri ilə gündəmə gələn deputatın mandatı ləğv edildi - FOTO

Vumart və Güvən reklamı Vumart Güvən