“Tashkent Content Market – 2027”nin təqdimatı keçirilib
AQEM Media Forumu çərçivəsində “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı keçirilib.
Redaktor.az xəbər verir ki, Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Kontent İstehsalı Mərkəzinin şöbə müdiri Tokhir Umarov platformanın məqsədləri, proqramı və iştirak imkanları barədə məlumat verib.
Təqdimat zamanı bildirilib ki, 4–5 fevral 2027-ci il tarixlərində Daşkənddə keçirilməsi planlaşdırılan tədbir audiovizual məzmunun nümayişi, satışı, alışı və lisenziyalaşdırılması, beynəlxalq yayım imkanlarının genişləndirilməsi və birgə istehsal layihələrinin inkişafına xidmət edəcək.

















