AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Redaktor.az xəbər verir ki, ekskursiya zamanı qonaqlara müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsini, dövlətçilik fəaliyyətini, eləcə də ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında xidmətlərini əks etdirən ekspozisiyalar barədə ətraflı məlumat verilib.
İştirakçılar, həmçinin Mərkəzin fəaliyyəti, burada qorunan zəngin tarixi-mədəni irs, Azərbaycan dövlətçilik tarixinin mühüm mərhələləri, Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyası, eləcə də Azərbaycan tarixini, mədəniyyətini və milli irsini təqdim edən müxtəlif sərgi və ekspozisiyalarla tanış olublar.




















1 / 8




















