Bakının iki rayonunda qaz KƏSİLƏCƏK

 08:58 02.10.2026     149

Təmir-quraşdırma və qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar bu gün, oktyabrın 2-də saat 10:00-dan işlər yekunlaşanadək paytaxtın Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Xətai rayonunda A. Səhhət küçəsinin, Suraxanı rayonunun Bülbülə qəsəbəsində isə Nizami, Ə. Ələkbərov, M. Ə. Sabir, M. Bəydəmirov, N. Nərimanov, Ç. Nəzərov, Mənbə, M. Abdullayev və S. Bəhlulzadə küçələrinin qaz təchizatı dayandırılacaq.

Vumart və Güvən reklamı Vumart Güvən