"Kompüter deyil, superkompüter lazımdır" - AMEA prezidentindən iddialara CAVAB
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda yeni layihə həyata keçiririk, onun üçün kompüter deyil, daha böyük tutuma malik superkompüter lazımdır. Şöbənin bütün əməkdaşlarının kompüteri var.
Redaktor.az "Teleqraf"a istinadla xəbər verir ki, bu sözləri AMEA prezidenti İsa Həbibbəyli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin müdiri Məsud Mahmudov şöbədə çalışan 4 əməkdaşın kompüterlə təmin olunmadığı barədə açıqlamasına münasibət bildirərkən deyib.
"Superkompüterləri sifariş vermişik, yaxınlarda olacaq", - deyə o bildirib.













