Bakı-Tbilisi qatar marşrutunda YENİLİK - Noyabrın 1-dən cədvəl DƏYİŞİR
1 noyabr 2026-cı ildən Bakı-Tbilisi-Bakı marşrutu üzrə hərəkət cədvəli yenilənəcək.
Bu barədə Redaktor.az-a Azərbaycan Dəmir Yollarından bildirilib.
Qeyd edilib ki, əlavə səhər reysləri ilə gündəlik reys sayı 2-dən 4-ə çatdırılacaq.
Əlavə reyslərə biletlər bu gündən satışdadır.













