“İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişfımızın yol xəritəsidir”

 17:41 02.10.2026     111

“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı gələcək inkişafımızın yol xəritəsidir”.

Bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, qurultay iştiakçısı, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, qurultayda YAP-ın son bir ildəki fəaliyyəti yüksək qiymətləndirilib, eləcə də dövlət başçısı tərəfindən Azərbaycanın gələcək inkişaf istiqamətləri, bu sahədə görülən və görülməsi nəzərdə tutulan işlər haqqında qurultay iştirakçılarına ətraflı məlumat verilib:

“Qurultay iştirakçısı olaraq ilk növbədə qeyd etməliyəm ki, YAP-ın VIII Qurultayı öz möhtəşəmliyi və məhsuldarlığı ilə yadda qaldı. Qurultayda YAP-ın ötən dövrlərdəki fəaliyyəti və əldə edilən uğurlara toxunuldu, partiyanın fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Qurultaya damğa vuran əsas məqam isə heç şübhəsiz Prezident İlham Əliyevin çıxışı, səsləndirdiyi fikirlər oldu.

Müstəqil Azərbaycanın tarixi inkişaf yoluna diqqət çəkən dövlət başçısı, Ümummilli Lider Heydər Əliyevin xidmətlərini yada saldı. Heydər Əliyevin tarixi xilaskarlıq missiyasına toxunan Müzəffər Ali Baş Komandan vurğuladı ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, Qarabağda separatizm meyillərinin qarşısını alar, problemin dərinləşməsinə imkan verməzdi. Hansı ki, Azərbaycan xalqı separatizm və işğal faktoru fonunda Heydər Əliyevin siyasi dühasına arxalandığı, onun səriştəsinə bələd olduğu üçün 1993-cü ildə onu yenidən hakimiyyətə dəvət etdi və Ümummilli Lider həmin il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycan xalqı öz dövlətçiliyini qorudu, vətəndaş müharibəsinin baş verməsinə, erməni işğalının genişlənməsinə imkan vermədi”.

Polkovnik Cəlil Xəlilov qeyd edib ki, dövlət başçısı hərbi gücümüzün artırılması, vətənpərvərlik tərbiyəsinin gücləndirlməsi, ideoloji işin aparılması ilə bağlı da vacib çağırışlar səsləndirib:

“Prezident İlham Əliyev Qurultaydakı çıxışında Azərbaycanın hərbi gücünün artırılmasının vacibliyinə də toxundu. Müzəffər Ali Baş Komandan vurğuladı ki, hərbu gücün artırılması hər bir dövlət, hər bir xalq üçün vacibdir. Çünki dövlətin təhlükəsizliyi, öz ərazi bütövlüyü və suverenliyini qoruması bu amildən bilavasitə asılıdır.

Dövlət başçısı Azərbaycanın yaşadığı faciələrə də diqqət çəkdi və bildirdi ki, bu kimi halların bir daha baş verməməsi üçün hərbi gücün artırılması zəruridir. Beynəlxalq hüquq və beynəlxalq təşkilatların rolunun azaldığı müasir dünyamızda hərbi güc təhlükəsizlik bxımından ikiqat önəm kəsb edir.

Prezident çıxışnda müasir ideoloji işlərin aparılmasının önəmini də qeyd etdi. Dövlət başçısı vurğuladı ki, bu işlər formal xarakter daşımamalı, real və praktiki olmalıdır. Müzəffər Ali Baş Komandan bunun üçün gərəkli zəminin mövcud olduğunu da söylədi. Dövlət başçısı qeyd etdi ki, “bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil”. Həqiqətən də istər 2020-ci ilin 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin lokal anti-terror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələri öz qəhrəmanlığı ilə bütün dünyanı heyrətə gətirdi və ərazi bütövlüyümüzü, suverenliyimizi təmin etməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliği və ideoloji iş baxımından da böyük perspektiv formalaşdırdı. Bu gün bütün əlaqədar qurumlar – QHT-lərdən tutmuş təhsil ocaqlarına, nazirliklərdən tutmuş ən xıra müəssisələrə qədər hər bir qurum bu məsələni diqqət mərkəzində saxlamalı, ideoloji müstəvidə fəaliyyətini gücləndirməlidir.

Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq hər zaman ideoloji işə xüsusi həssaslıqla yanaşmış, yeniyetmə və gənclər arasında akiv iş aparmışıq. Təşkilatımız tərəfindən cari ilin sonuna kimi bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsi nəzərdə tutulur ki, bütün bu tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından son dərəcə əhəmiyyətlidir.

Mən başda cənab Prezident olmaqla YAP-ın VIII qurultayının bütün iştirakçılarını Qurultayın uğurlu təşkili münasibətilə təbrik edir, Müzəffər Ali Baş Komandanımıza, hakim partiyaya, dövlətimizə və xalqımıza uğurlar arzulayıram”.

Vumart və Güvən reklamı Vumart Güvən