Aşan avtobusda xəsarət alanların vəziyyəti AÇIQLANDI

 22:57 03.10.2026     78

Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.

Redaktor.az xəbər veirr ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, oktyabrın 3-ü saat 13:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən beş nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.

Vumart və Güvən reklamı Vumart Güvən