Bakının bu ərazisində qaz KƏSİLƏCƏK
Təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 5-də Xətai rayonunun Abbas Səhhət küçəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən Redaktor.az-a bildirilib ki, saat 10:00-dan etibarən başlanacaq işlər yekunlaşanadək qeyd olunan ərazidə qazın verilişi dayandırılacaq.
Təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.













