Şagirdlər məktəbə özləri ilə odun aparır: İlanlar, yarasalar və bərbad şərait! - VİDEO

 12:09 06.10.2026     248

Göyçay rayonunun Qızılağac tam orta məktəbinin binasının təmir olunmağa ehtiyac var. 1959-cu ildə inşa edilən tikili 60-cı illərdə başqa təyinat üzrə istifadə edilib. Hazırda tikilidə bağça, mədəniyyət evi və məktəb fəaliyyət göstərir.

Redaktor.az xəbər verir ki, müəllim və məktəblilər APA TV-yə açıqlamalarında təhsil müəssisəsində şagirddən çox yarasa olduqlarını bildiriblər.

Şagirdlər və kənd sakinlərinin sözlərinə görə, yay aylarında ilan, böcək və yarasaların əlindən oturmaq mümkün olmur.

“Peç qoyuruq, odun da gətiririk bəzən. Arada müəllim, arada da biz gətiririk. Peç olsa yandırırıq, olmasa da gödəkçə geyinirik. Bəzi pəncərə və taxtalar qırıqdır. Cürbəcür böcəklər var, bəzən qırxayaq da olur”, - şagirdlər deyib.

Kənd sakinləri isə qeyd edib ki, onların tək dərdi məktəbdir: “Uşaq məktəbə gedəndə mütləq özü ilə odun aparmalıdır. Sinifdə tüstü uşaqları boğur. Qapılar yox vəziyyətindədir, pəncərələrə isə sellofan çəkilib. Məktəbin döşəməsi, tavanı yoxdur, idman zalı isə bərbad haldadır, girmək mümkün deyil. Məktəbdə 100 faiz uşaq oxuyursa, onların 20-30 faizi gəlir, ya gəlmir, imkanı olan da şəhər məktəblərində oxudur. Digər uşaqlar isə məktəbə gəlir, xəstələnir”. 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, Göyçay rayonunun Qızılağac tam orta ümumi təhsil məktəbinin mövcud vəziyyətindən xəbərdardırlar: “Məktəbin təmir olunması ilə bağlı layihə sənədləri aidiyyəti üzrə təhvil verilib, yenidən tikilməsi nəzərdə tutulur. Hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 40-dan çox ümumi təhsil müəssisəsində cari təmir, bir təhsil müəssisəsində isə əsaslı təmir işləri aparılır. Ötən tədris ilində 2 təhsil müəssisəsi sökülərək yenidən tikilib”.

Daha ətraflı videomaterialda:

Vumart və Güvən reklamı Vumart Güvən