ADY sərnişin daşımaları artıb

 13:24 06.10.2026     75

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bu ilin yanvar-sentyabr aylarında 8,5 milyona yaxın sərnişin daşıyıb.

Bu barədə Redaktor.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 8 milyon (18 % artım), rayonlararası marşrutlarla 433 min (17 % artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 75 500-dən çox sərnişin səfər edib.

Bu ilin sentyabr ayında ümumi sərnişindaşımada 24 % artım qeydə alınıb.

ADY-nin sərnişin daşımaları artıb

Vumart və Güvən reklamı Vumart Güvən