FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi - FOTO

 17:38 06.10.2026     66

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbirləri keçirilib.

Bu barədə Redaktor.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə Bakı şəhərinin ərazisində fəaliyyət göstərən “İndigo” və “Joy Kids” uşaq bağçalarının azyaşlıları, müəllim və tərbiyəçiləri iştirak ediblər.

Tədbirlərin keçirilməsində məqsəd uşaqların hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

“Açıq qapı günü” tədbirlərində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.

Maraqlı keçən tədbirlərdə uşaqları maraqlandıran suallar cavablandırılıb.

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Medial

Vumart və Güvən reklamı Vumart Güvən