Vüsal Aslanov özünə müşavir təyin etdi - FOTO

 22:46 06.10.2026     112

"Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov özünə yeni müşavir təyin edib.

Redaktor.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, o, bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elgün Rəsulov sədrin müşaviri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, E.Rəsulov bundan əvvəl 2022-2026-cı illərdə "Azərpoçt" MMC-nin İdarə Heyətinin üzvü və sədrinin müşaviri vəzifələrində çalışıb.

2022-ci ildə isə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müşaviri olub. 2006-2022-ci illərdə isə bank sektorunda şöbə, departament müdiri və müşavir vəzifələrində fəaliyyət göstərib.

2
Vumart və Güvən reklamı Vumart Güvən