Səhiyyə Nazirliyinin sistemi işləmir, insanlar ağrı içində növbə gözləyir - VİDEO
Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda elektron sistemin sıradan çıxması səbəbindən xəstəxanada sıxlıq və uzun növbələr yaranıb.
Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer Gülnar Nəsibli paylaşım edib.
Onun sözlərinə görə, texniki problem ucbatından müraciət edən vətəndaşlar saatlarla növbədə gözləməli olurlar:
“Artıq ikinci gündür ki, TƏBİB-in (Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron idarəetmə bazası nəzərdə tutulur - Red.) sistemi işləmir. Travmalı insanlar saatlarla növbədə gözləməli olur. Ağrı içində gözləyən xəstələrin əsəbləri tarıma çəkilir. Vətəndaşlar bu qədər əziyyət çəkməməlidir. Qaytarın reyestr, kağız dövrünü, rəqəmsallıq bizə yarımadı...”
Qeyd edək ki, iddiada adı çəkilən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu TƏBİB-in deyil, bilavasitə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərir.













