Deputatlığından sonra vəzifəsindən də OLDU

 14:02 07.10.2026     157

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib.

Redaktor.az xəbər verir ki, xəbər verir ki, iclasda şura sədrinin vəzifədən azad olunması məsələsinə baxılıb.

Şuranın qərarı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tutduğu vəzifədən azad edilib.

Qurumun sədri vəzifələrinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.

Qeyd edək ki, Qəzənfər Abdullayev bundan əvvəl Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı mandatından məhrum edilib (Teleqraf).

Vumart və Güvən reklamı Vumart Güvən