Qarabağda 16 nəfərə aid insan qalıqları AŞKARLANDI

 09:45 08.10.2026     117

"Bu gün biz hissə-hissə insan qalıqlarını sıldırım dağların ətəklərindən yığırıq”.

Redaktor.az xəbər verir ki, bunu AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.

O deyib ki, təbiət hadisələri, vəhşi heyvanlar bu qalıqların yerini dəyişməsinə səbəb olur: “3 gün əvvəl Qarabağdan geri qayıtmışıq. Daha 16 nəfərə aid insan qalığı tərəfimizdən aşkarlanıb" (APA).

Vumart və Güvən reklamı Vumart Güvən