Travmatologiya İnstitutunda uzanan növbələr haqqında RƏSMİ AÇIQLAMA

 12:01 08.10.2026     180

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda yaşanan acınacaqlı mənzərə və saatlarla uzanan növbələrlə bağlı rəsmi reaksiya gəlib.

Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə kəskin narazılıq doğuran görüntülərdən sonra İnstitut məsələyə münasibət bildirib.

Açıqlamada vətəndaşların ağrı içində saatlarla gözləməsinə səbəb olan problemin TƏBİB-in elektron sistemindəki texniki nasazlıqdan qaynaqlandığı vurğulanıb:

"Elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb. Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik".

Vumart və Güvən reklamı Vumart Güvən