TƏBİB-dən baş həkimin müavininin yaralanması barədə: "Dəfələrlə xəbərdarlıq edilib"

 13:20 08.10.2026     168

Oktyabrın 8-də səhər saatlarında Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib

Bildirilib ki, hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir:

"Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb".

Qeyd edilib ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib.

Vumart və Güvən reklamı Vumart Güvən