Gələn ay 4 gün iş OLMAYACAQ

 09:00 09.10.2026     124

Gələn ay 8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar 4 gün iş olmayacaq.

Redaktor.az-ın xəbərinə görə, bu il 8 noyabr Zəfər Günü bazar gününə təsadüf edir. 

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Bununla əlaqədar istirahət günü bilavasitə bayram günündən sonrakı iş günü olan 10 noyabra keçiriləcək. 

Beləliklə, 7 noyabr şənbə günü olduğundan 4 gün ardıcıl – 7, 8, 9 və 10 noyabrda iş olmayacaq. 

Xatırladaq ki, 12 noyabr Konstitusiya günü və 17 noyabr Milli Dirçəliş günü iş günü hesab edilən bayram günləridir.

Vumart və Güvən reklamı Vumart Güvən