Bu yolda təhlükəsizlik üçün nişanlanma xətti ÇƏKİLDİ

 13:51 09.10.2026     62

M4 avtomobil yolunda yol hərəkəti təhlükəsizliyi artırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, M4 indeksli avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin sürətinin azaldılmasına xidmət edən nişanlanma xətti təşkil edilib.

Görülən işlər həmin ərazidə hərəkətin daha təhlükəsiz təşkilinə xidmət edir.

Vumart və Güvən reklamı Vumart Güvən