Sami Yusifin “Qarabağımsan” layihəsi təqdim edildi - VİDEO
Məşhur müğənni və bəstəkar Sami Yusif 5 illik fasilədən sonra Qarabağa həsr olunmuş yeni layihəsini təqdim edib.
Redaktor.az xəbər verir ki, sənətçi bu barədə “X” hesabında paylaşım edib.
“5 ildən sonra “Qarabağımsan” (Bülbül diyarı) nəhayət ki, işıq üzü gördü. Bu onun xalqına və torpağına yazılmış bir sevgi məktubu, sevgi nəğməsidir”, - deyə sənətçi bildirib.
“Bəstənin musiqisi və aranjimanı Sami Yusifin özünə, sözləri isə Aytən İsmixanovaya məxsusdur. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə ərsəyə gəlib”, - deyə o, paylaşımında qeyd edib.













