Azərbaycan BMT-də dayanıqlı şəhərsalmanın sürətləndirilməsinə TOXUNDU
Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Elvin Əşrəfzadə BMT Baş Assambleyasında Yeni Şəhər Gündəliyinin həyata keçirilməsi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) gücləndirilməsi məsələlərinə həsr olunmuş müzakirələrdə çıxış edib.
Redaktor.az xəbər verir ki, o, Bakıda keçirilən WUF13-ün nəticələrinə, o cümlədən qlobal mənzil böhranına təcili və birgə cavab verilməsini, həmçinin Yeni Şəhərsalma Gündəliyinin 2036-cı ilədək icrasının sürətləndirilməsini nəzərdə tutan Bakı Fəaliyyət Çağırışına diqqət çəkib.
Bundan əlavə, çıxışında diplomat Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edilməsinin müasir, dayanıqlı və insan mərkəzli şəhər inkişafına verilən önəmi əks etdirdiyini bildirib.
Bunun Azərbaycanın müasir, dayanıqlı və insan mərkəzli şəhərsalma inkişafına, o cümlədən işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində bu istiqamətdə fəaliyyətə sadiqliyini əks etdirdiyi bildirilib. Azərbaycan nümayəndəsi, həmçinin BMT Baş Assambleyasının Yeni Şəhər Gündəliyinin icrasının sürətləndirilməsinə dair siyasi bəyannaməni qəbul etməsini alqışlayıb.













