Ov mövsümü BAŞLADI

 11:41 10.10.2026     113

Azərbaycan Respublikası ərazisində 2026-2027-ci illər üzrə ov mövsümü 10 oktyabr 2026-cı il tarixindən etibarən açıq elan edilir.

Redaktor.az xəbər verir ki, müəyyən edilmiş qaydalara əsasən, ov mövsümü çərçivəsində vəhşi quşların və heyvanların ovlanması üzrə müddətlər və ov normaları təsdiq edilmişdir.

Ov həyata keçirən şəxslər müəyyən edilmiş müddət və normalara, eləcə də ovla bağlı digər qanunvericilik tələblərinə riayət etməlidirlər.

Ov icazələrinin əldə edilməsi və ov qaydaları ilə bağlı əlavə məlumat almaq üçün vətəndaşlar aidiyyəti Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinə müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən