Yollarda duman olacaq - Sürücülərin NƏZƏRİNƏ!
Oktyabrın 11-də gecə və səhər saatlarında Azərbaycanın bəzi rayonlarında dumanlı hava şəraiti müşahidə olunacaq.
Redaktor.az-a bu barədə Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, duman səbəbindən magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.













