ADY kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi - FOTO

 13:26 13.10.2026     76

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) kollektivi Azərbaycanda dəmir yollarının yaradılmasının 146-cı ildönümü və dəmir yolu işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az xəbər verir ki, bu barədə ADY-nin mətbuat xidməti məlumat yayıb.

Ziyarət zamanı dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına yollanan dəmiryolçular ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.

Medial

Medial

Medial

Medial

Vumart və Güvən reklamı Vumart Güvən