Məktəbdəki insidentdə yaralanan şagirdlərin vəziyyəti NECƏDİR?

 16:50 13.10.2026     229

Bakı şəhəri, Binə qəsəbəsi, 136 saylı məktəbdə yaranan insidentdə iki məktəbli xəsarət alıb.

Bu barədə Redaktor.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ünvana təcili tibbi yardım briqadası göndərilib. Təcili tibbi yardım briqadası tərəfindən iki məktəbliyə yerində yardım olunub.

Qeyd edək ki, ilkin məlumata əsaən, məktəb binasının içərisinə pəncərədən daş atılıb.

Əməli törədən şəxslər saxlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən