Bakının iki rayonunda 3-4 saat işıq OLMAYACAQ
Bu gün Yasamal və Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 14-də Yasamal və Binəqədi rayonlarında yerləşən transformator məntəqələrində təmir-təftiş və sınaq işləri aparılacaq.
Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində saat 10:00-dan 13:00-dək Dadaş Bünyadzadə, Möhsün Qədirli, Nəriman Nərimanov və Rahib Tağıyev küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Binəqədi RETSİ-nin xidmət ərazisində, 9-cu mikrorayonun Mir Cəlal küçəsinin bəzi hissələrində isə saat 09:00-dan 14:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin elektrik enerjisi ilə daha keyfiyyətli və dayanıqlı təchizatı təmin olunacaq.













