Göbələk yığarkən bu qaydaya əməl EDİN

 12:50 14.10.2026     123

Göbələk yığarkən onun yeməli olduğuna tam əmin olmaq vacibdir. Görünüşü şübhə doğuran göbələklərdən istifadə etmək isə sağlamlıq üçün təhlükə yarada bilər.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər göbələyin yeməli olub-olmadığına dair şübhə yarandıqda onu yeməməyi tövsiyə edirlər.

Bildirilib ki, bir çox yeməli göbələyin zəhərli oxşarları var və onları bir-birindən ayırmaq çətin ola bilər. Göbələklərin təhlükəsizliyini müəyyənləşdirmək üçün istifadə edilən xalq üsulları da etibarlı nəticə verməyə bilər.

Buna görə də insanlara özlərinin və yaxınlarının sağlamlığını riskə atmamaq, yeməli olduğuna tam əmin olmadıqları göbələklərdən istifadə etməmək tövsiyə olunur.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən