Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin EDİLDİ
Artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 17-18-də Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək.
Redaktor.az bu barədə Azərbaycan Dəmr Yolları QSC-yə istinadən xəbər verir.
Məlumata görə, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.
Biletləri ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi və ya dəmiryol kassalarından əldə etmək mümkündür.













