Orta Dəhlizlə bağlı mühüm müzakirələr - Azərbaycan nümayəndə heyəti Qazaxıstanda

 18:34 14.10.2026     80

Qazaxıstanda səfərdə olan AZCON Holding və Azərbaycan Dəmir Yollarının (ADY) nümayəndə heyəti bu ölkənin aparıcı liman və terminallarının fəaliyyəti ilə tanış olub.

Redaktor.az xəbər verir ki, səfər çərçivəsində Aktau və Kurık limanları, Aktau Dəniz Şimal Terminalı, “Aktau Beynəlxalq Konteyner Qovşağı” MMC və “Sarja” multimodal terminalının infrastrukturuna baxış keçirilib, regionun nəqliyyat-logistika imkanlarının genişləndirilməsində bu liman və terminallarda aparılan əməliyyatların mühüm rol oynadığı bildirilib.

Limanların rəhbərliyi ilə görüşlərdə Bakı Beynəlxalq Dəniz Limanı ilə Aktau və Kurık limanları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, yükaşırma əməliyyatlarının səmərəliliyinin artırılması və rəqəmsal məlumat mübadiləsinin təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Tərəflər tranzit yüklərin daşınması proseslərinin optimallaşdırılması və Orta Dəhlizin rəqabətqabiliyyətliliyinin gücləndirilməsi baxımından limanlar arasında koordinasiyanın əhəmiyyətini vurğulayıblar.

222222222
Vumart və Güvən reklamı Vumart Güvən