Yağış, şimşək, duman... - Sabahın HAVASI
Oktyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.













