Misirdə Pakistan səfiri azərbaycanlı tədqiqatçı-alim Seymur Nəsirov təltif edildi - FOTO

 16:01 15.10.2026     64

Misirdə Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri Amir Şövkət, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirovu pakistanlı tələbələrə uzunillik dəstəyinə görə təltif edib.

Redaktor.az xəbər verir ki, Pakistan səfirliyinin Misirdə təhsil alan pakistanlı tələbələr üçün təşkil etdiyi “Məzun Günü” tədbirində səfir Seymur Nəsirovun xidmətlərini yüksək qiymətləndirib, Azərbaycan və Pakistanın tarixən qardaş xalqlar olduğunu vurğulayıb.

Seymur Nəsirov çıxışında iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, pakistanlı tələbələrə dəstək göstərməyin və onların təhsilinə töhfə verməyin onun üçün böyük məmnunluq doğurduğunu qeyd edib.

Qeyd edək ki, S.Nəsirov 2003-cü ildən etibarən Misirdə təhsil alan xarici tələbələrin təhsilinə və elmi inkişafına dəstək verir.

Onun rəhbərlik etdiyi proqramlardan hazırda 65 ölkədən iki mindən çox tələbə faydalanır. Uzun illərdən bəri yetişdirdiyi tələbələri müxtəlif ölkələrdə professor, alim, mütəxəssis və din xadimi kimi fəaliyyət göstərir.

Təltif mərasimi Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlığın və xalqlar arasındakı dostluğun əhəmiyyətini bir daha nümayiş etdirib.

2222
Vumart və Güvən reklamı Vumart Güvən