ADY-də qanvermə aksiyası keçirildi - FOTO

 16:58 15.10.2026     73

Dəmir yolu işçilərinin peşə bayramı münasibətilə "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədilə növbəti qanvermə aksiyası keçirilib.

Bu barədə Redaktor.az-a səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, qanvermə aksiyası Respublika Qan Bankı ilə birgə təşkil edilib. Aksiyada ADY-nin müxtəlif struktur bölmələrindən yüzdən çox əməkdaş könüllü iştirak edib.

Məlumata görə, Respublika Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülərək bankın ehtiyat fonduna təhvil verilib.

ADY korporativ sosial məuliyyət çərçivəsində humanitar təşəbbüslərə dəstək verməyə davam edəcək.

222
Vumart və Güvən reklamı Vumart Güvən