Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir - FOTO - YENİLƏNİB

 10:36 16.10.2026     244

Azərbaycan Mətbuat Şurasının IX qurultayında Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.

Redaktor.az xəbər verir ki, səsvermənin nəticəsinə uyğun olaraq, qurultayı Mətbuat Şurası sədrinin iki müavini idarə edəcək.

3 nəfərdən ibarət Mandat komissiyası, 9 nəfərdən ibarət Say komissiyası formalaşdırılıb.

***

Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir.

Redaktor.az xəbər verir ki, ümumilikdə 225 nümayəndə qurultayda iştirakını təsdiqləyib.

Qeyd edək ki, üzv təşkilatlar tərəfindən namizəd kimi göstərilmiş və səs toplamış Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən – Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Alqış Musayev, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.

222222222222
Vumart və Güvən reklamı Vumart Güvən