Mərkəzi Bankın əməkdaşlarını Meqa Sığorta sığortalayacaq

 10:24 16.10.2026     68

Azərbaycan Respublikası Mərkəzi Bankının “Tibbi sığorta xidmətinin satın alınması” üzrə elan etdiyi açıq tenderin nəticələri məlum olub.

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən tenderin qalibi “Meqa Sığorta” ASC-dir. Tenderin nəticələrinə əsasən Mərkəzi Bankın ümumilikdə 1575 nəfər əməkdaş və ailə üzvü Meqa Sığorta tərəfindən sığortalanacaq.

Müqavilənin ümumi məbləği 941 min 920 manat təşkil edir.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 37 növ könüllü və icbari sığorta məhsulları, eləcə də 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsi ilə həyat sığortası üzrə sığorta xidmətləri göstərir. Şirkət Bakı və Azərbaycanın müxtəlif regionlarınd 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi, https://store.meqasigorta.az/ onlayn satış platforması və “Meqa Sığorta” mobil tətbiqi ilə müştərilərin xidmətindədir. Şirkət sığorta yığımlarının, sığorta ödənişlərinin və məcmu kapitalının həcminə görə sığorta bazarının lider şirkətlərindən biridir.

Vumart və Güvən reklamı Vumart Güvən