Bu rayonların bəzi ərazilərində işıq KƏSİLƏCƏK

 10:30 16.10.2026     113

Bu gün bir sıra rayon Elektrik Şəbəkələrində (EŞ) təmir işləri aparılacaq.

“Azərişıq” ASC-dən Redaktor.az-a bildirilib ki, Ağdaşda 35 kV-luq "Pirkəkə" hava xəttində görüləcək təmir işləri zamanı Aşağı Nemətabad, Cüvə, Ərəbocağı, Hacılar, Korarx, Qolqəti, Qoşaqovaq, Qobuüstü, Pirkəkə, Şəkili, Yenikənd, Yuxarı Nemətabad kəndlərinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Bərdənin Bəcirəvan, Hacallı, Xanağalı, Xanərəb, Xəsili kəndlərinin bəzi ərazilərində 35/6 kV-luq "Bəcirəvan" yarımstansiyasında həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Yevlaxda 10 kV-luq hava xəttində yerinə yetiriləcək təmir işləri zamanı saat 10:00-dan 15:00-dək Qoyunbinəsi kəndində enerjinin verilişi məhdudlaşdırılacaq.

Görüləcək işlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, həmçinin artan yük tələbatının qarşılanmasına xidmət edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən