Azərbaycanda qadınların, yoxsa kişilərin sayı çoxdur? - Rəsmi statistika

 12:42 16.10.2026     170

Bu ilin əvvəlindən ölkə əhalisinin sayı 17 min 445 nəfər və ya 0,2 faiz artaraq sentyabr ayının 1-i vəziyyətinə 10 milyon 279 min 796 nəfərə çatıb.

Redaktor.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, əhalinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə bu il oktyabrın 1-dək 40 min 520 nəfər keçmiş məcburi köçkün geri qayıdıb. Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 96 min 68 nəfər təşkil edib.

Vumart və Güvən reklamı Vumart Güvən