Azərbaycan bayrağına hörmətsizlik edildi - VİDEO

 22:24 16.10.2026     125

"Sorasupercars" sosial media hesabı tərəfindən Azərbaycan bayrağına hörmətsizlik edilib. 

Redaktor.az xəbər verir ki, süni intellektlə hazırlanmış videoda avtomobil, modelin açıq-saçıq geyimi, çantası və hətta ayaqqabısı Azərbaycan bayrağının rənglərində təsvir olunub. Bu isə izləyicilərin etirazına səbəb olub. Onlar səhifəni uğrunda şəhid qanı axıdılan milli simvola hörmətsizlikdə ittiham ediblər. 

Video əvvəlcə "Azərbaycan" həşteqi ilə paylaşılsa da, etirazlardan sonra açıqlama verilərək bildirilib ki, bu, Azərbaycan bayrağının rəngləri deyil, təsadüfən oxşar rənglərdir. 

Qeyd edək ki, səhifə "Mətanət Əhmədova" adlı şəxsə məxsus göstərilib.

 

Vumart və Güvən reklamı Vumart Güvən