“20 Yanvar” dairəsində dəyişiklik OLACAQ

 23:51 16.10.2026     116

“20 Yanvar” metrostansiyasının yaxınlığından eyniadlı dairə istiqamətində avtobusların hərəkətində dəyişiklik olacaq.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov İTV-nin efirində yayımlanan "Xəbərimiz var" verlişində bildirib. Onun sözlərinə görə, Müzəffər Həsənov küçəsi ilə hərəkət edən avtobusların "20 Yanvar" dairəsi istiqamətində hərəkəti Həsən bəy Zərdabi prospekti ilə təşkil olunduğundan hazırda nəqliyyat vasitələrinin dönməsində çətinlik yaşanır. Aparılan təhlillərə əsasən gələcəkdə adıçəkilən istiqamətdən dairəyə birbaşa avtobus yolunun olması nəzərdə tutulub. Bu istiqamətdə işlər aparılır. Qeyd edək ki, həmin ərazidən 6-ya yaxın müntəzəm marşurutu hərəkət edir.

Vumart və Güvən reklamı Vumart Güvən