Kitabsevərlərin Bakı Ekspo Mərkəzinə rahat gediş-gəlişi məqsədilə xüsusi avtobuslar fəaliyyət göstərəcək

 11:24 17.10.2026     79

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.

Redaktor.az
xəbər verir ki, oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.

Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək.
Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır. Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.

Vumart və Güvən reklamı Vumart Güvən