“Niyə dost dediyimiz bizim daxili işimizə burun soxmağa çalışır?” - Lalə Azərtaş

 17:12 17.10.2026     159

"Dayanmadan və çox saylı suallar, fikrinizi bildirin kimi mesajlar gəlir. Baş verən hadisələrlə bağlı son gündəm hər kəsə çox yaxşı bəllidir. Mən isə bütün bu suallar qarşısında sadəcə bir sual vermək istəyirəm: nədir məqsədiniz, nəyə xidmət edir bəziləri?"

Redaktor.az xəbər verir ki, bu fikirləri tanınmış teleaparıcı Lalə Azərtaş öz sosial şəbəkəsində paylaşdığı videoda bildirib. 

"Öz dünyəvilik anlayışını əqidəsinə belə sığışdıra bilməyənlərin durub da kənardan Azərbaycana daxili işlərinə burunlarını soxması nə qədər böyük təzaddır, deyilmi? Din pərdəsi altında bunun edilməsi ümumiyyətlə yol verilməzdir, biz buna yol verə bilmərik. Biz bu cür təxribatlara, biz bu cür təhriklərə, biz bu cür provokasiyalara gedə bilmərik və getmərik. Və Xəzərin sahilində əyləşmişəm, o Xəzər ki, ona Araz da gəlib qovuşur, o Araz özü ilə nə qədər insanın səsini gətirir, haqqı boğulan, azadlığı tapdalanan, bu gün Arazın bu tayındakı xoşbəxtçilik niyə qısqanılır? Niyə dost dediyimiz, niyə sərhəd dediyimiz, niyə yaxın dediyimiz, niyə düşmən dediyimiz niyə bizim daxili işimizə burun soxmağa çalışırlar? Bu da bizim boynumuza düşən bir məqam var: bizim birliyimiz dövlətimizdə olan inamımızdadır, bizim birliyimiz dövlətimizdə olan sədaqətimizdədir, milli maraqlarımıza və milli iradəmizə sahib çıxmaqdadır. Mən sadəcə bunu səsləyirəm hər kəsə: gəlin bir olaq, gəlin təxribatlara uymayaq, gəlin bizim içimizə yad ünsürləri, daxil olub aranı qaçdırmağa çalışmalarının qarşısını alaq. Bura onlar üçün digər ölkələr deyil, bizimlə olmaz", - deyə o əlavə edib.

 

View this post on Instagram ">http://

View this post on Instagram

Vumart və Güvən reklamı Vumart Güvən