Aynur Elgünəş müalicə müəssisəsinə KÖÇÜRÜLDÜ
“Meydan Tv”işi üzrə 2 ilə yaxındır ki, həbsdə olan jurnalist Aynur Elgünəşin vəziyyəti pisləşib.
Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.
Vəkil saytımıza açıqlamasında deyib ki, A.Elgünəş böyrəyində yaranan ciddi problem səbəbindən Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb:
“Aynur Egünəş əvvəllər ayağındakı problemlərlə bağlı 16 dəfə əməliyyat keçirib. İndi də böyrəyində problem yarandığı üçün həkim nəzarətinə götürülüb. Hazırda onun daha yaxşı müayinə-müalicəsi üçün istintaq təcridxanasından kənar klinikaya köçürülməsi zəruridir”.
Z.Sadıqova qeyd edib ki, növbəti məhkəmə iclasında müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyəcəklər.
Qeyd edək ki, Aynur Elgünəş digərləri ilə birgə 2024-cü ilin dekabrında həbs edilib. Hazırda məhkəmə işi davam edir.












