Kamran Əliyevdən 3 rayona prokuror təyinatı - YENİLƏNİB

 12:53 20.10.2026     232

Binəqədi və Nizami rayonlarının prokurorlarının yerləri dəyişdirilib. 

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad olunub. O, Nizami rayon prokuroru vəzifəsinə təyin edilib. Həmçinin Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Şirvan şəhər prokuroru Kamal Talıbov isə ikinci səlahiyyət müddətinə həmin rayon prokuroru vəzifəsinə təyin edilib.

***

Bakı şəhədi Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunub.

Bu barədə Redaktor.az-a Baş Prokurorluqdan məlumat verilib.

Baş Prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrə əsasən, Nizami rayon prokuroru Pərviz İbayev tutduğu vəzifədən azad olunaraq Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Vumart və Güvən reklamı Vumart Güvən