Tanınmış jurnalist Bahadur Seyidov medalla təltif EDİLDİ

 15:00 19.12.2025     251

Demedia.az informasiya portalının baş redaktoru, tanınmış jurnalist və videobloqer Bahadur Seyidov “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

Redaktor.az xəbər verir ki, Bahadur Seyidov uzun illərdir jurnalistika və rəqəmsal media sahəsində fəaliyyət göstərir.

O, eyni zamanda bir milyondan çox abunəçisi olan “Demədi Demə” YouTube kanalının təsisçisi və rəhbəridir.

Qeyd edək ki, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis olunub.

Vumart və Güvən reklamı Vumart Güvən