“Azəriqaz” İB-nin rəhbərliyi vətəndaşları qəbul edəcək - BU RAYONDA

 17:01 20.10.2026     65

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədovun növbəti vətəndaş qəbulu oktyabrın 23-də saat 11:00-da Ağcabədi şəhərində (Heydər Əliyev prospekti 213A, Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının inzibati binası) keçiriləcək.

Redaktor.az xəbər verir ki, görüşdə Ağcabədi və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-74-14; 050-243-22-08) müraciət edə bilərlər.

Vumart və Güvən reklamı Vumart Güvən